Çempionlar Liqası: PSJ səfərdə “Arsenal”a qalib gəldi

İdman

30.04.2025 09:00

13

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.   

TodayPress xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. 

Londonda “Arsenaı” PSJ ilə üz-üzə gəlib.

Matçın 4-cü dəqiqəsində Usman Dembele dəqiq zərbə ilə Paris təmsilçisini hesabda önə keçirib 1:0. “Emireyts” qarşılaşmasının növbəti dəqiqələri ərzində komandaların səyləri nəticəsiz qalıb və fransalılar cavab matçına daha üstün durumda çıxacaqlar. 

Qeyd edək ki, tərəflər arasında cavab görüşü mayın 7-də keçiriləcək. 

Yarımfinal mərhələsinin digər qarşılaşması bu gün, İspaniyada “Barselona” və “İnter” (İtaliya) klubları arasında gerçəkləşəcək.   

Namiq HUN

tag: UEFA,Liqa,Arsenal,PSJ,Todaypress.az,