Çempionlar Liqası: Barselonada qol şousu

İdman

01.05.2025 09:35

11

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.   

TodayPress xəbər verir ki, mərhələnin ikinci günündə “Barselona” və “İnter” klubları üz-üzə gəlib.     

Barselona qarşılaşması qol şousu ilə əlamətdar olub. 32-ci saniyədə Markus Türamın qolu ilə oyunda hesabı açan “İnter” iki dəfə önə keçsə də, qələbə qazana bilməyib.

Yekunda “Barselona” Sommerin avtoqolu sayəsində  3:3 hesablı heç-heçəyə nail olub. 

Qeyd edək ki, aprelin 29-da keçirilən digər yarımfinal matçında PSJ “Arsenal” üzərində 1:0 hesablı səfər qələbəsi qazanıb. 

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşlərinə mayın 6-da start veriləcək.   

Namiq HUN

tag: Barselona,İnter,Qol,UEFA,Todaypress.az,