Çempion faciəvi şəkildə öldü
Fransalı xizəkçi Marqot Simond “Red Bull Alp Park” yarışına hazırlıq çərçivəsində “Val d’Isere” kurortunda məşq edərkən faciəvi şəkildə həyatını itirib.
TodayPress turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 yaşlı idmançı bədbəxt hadisənin qurbanı olub.
“Təcili yardım həkimi hadisədən dərhal sonra müdaxilə etsə də, onu həyata qaytara bilməyib” məlumatda bildirilir.
Marqot Simondun ölüm şəraiti açıqlanmayıb. “Red Bull Alp Park” turniri ləğv edilib.
Qeyd edək ki, Simond 18 yaşında slalom üzrə Fransa çempionu olub.
Namiq HUN
tag: Fransa,Xizəkçi,Marqot Simond,Ölüm,Todaypress.az,