“Çelsi”nin lideri ağır zədə aldı
İdman
02.12.2024 11:58
“Çelsi” klubunun mərkəz müdafiəçisi Uesli Fofana Premyer Liqanın XIII turunda “Aston Villa” ilə matçda zədələnib.
TodayPress xəbər verir ki, fransalı futbolçu matçın 60-cı dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb.
“Zadəganlar”in baş məşqçisi Entso Mareska Fofananın son durumu haqda danışıb:
“Təəssüf ki, xəbərlər pisdir. Onun dizlərində problem var idi. Belə şeylər ən azı üç, hətta dörd, beş həftəlik bərpa tələb edir. Onun necə oynadığını nəzərə alsaq, bu, böyük itkidir. Məsələnin həll yollarını tapmağa çalışacağıq”.
Namiq HUN
tag: Çelsi, Fransa, Matç,Uesli Fofana, todaypress,