“Çelsi”nin hücumçusu vəfat etdi
“Çelsi” klubunun sabiq futbolçusu Toni Bedo 45 yaşında vəfat edib.
TodayPress xəbər verir ki, bu barədə Bedonun 11 il formasını geyindiyi “Torki Yunayted” klubunun mətbuat xidməti məlumat yayıb.
Toni Londondakı evində, səhhətində yaranan problemlər səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, forvard “Çelsi” klubunun aşağı yaş qruplarında oynasa da, əsas komandaya düşə bilməyib. O, 1995-ci ildə “Torki Yunayted” klubuna keçib. Toni Bedo “Torki Yunayted”in heyətində meydana çıxdığı 374 oyunda 65 qol vurub.
Namiq HUN
tag: Çelsi,Futboçu,Toni Bedo,Vəfat,Todaypress.az,