"Çelsi"də ən çox maaş alan futbolçular

İdman

01.01.2025 09:54

"Çelsi"də ən çox maaş alan futbolçuların adları açıqlanıb.

TodayPress xəbər verir ki, siyahıya komandanın kapitanı Riis Ceyms başçılıq edir. İngiltərə millisinin üzvü illdə 13 milyoin funt sterlinq qazanır.

"İlk üçlük"də digər müdafiəçilər Ben Çiluell və Uesli Fofana qərarlaşıb.

Qeyd edək ki, London klubu Premyer Liqanın turnir cədvəlində 35 xalla 3-cü pillədə qərarlaşıb. "Zadəganlar" lider "Liverpul"dan 7 xal geri qalır.

Riis Ceyms - illik 13 milyon funt sterlinq

Ben Çilyell - illik 10,4 milyon funt sterlinq

Uesli Fofana - illik 10,4 milyon funt sterlinq

Kristofer Nkunku - illik 10,14 milyon funt sterlinq

Enso Fernandes - illik 9,36 milyon funt sterlinq

Mark Kukurelya - illik 9,1 milyon funt sterlinq

Pedro Neto - illik 8,32 milyon funt sterlinq

Moyses Saysedo - illik 7,8 milyon funt sterlinq

Koul Palmer - illik 6,76 milyon funt sterlinq

Joao Feliks - illik 6,76 milyon funt sterlinq

Tosin Adarabioyo - illik 6,24 milyon funt sterlinq.

tag: Çelsi,Maaş,Pul,Futbol,Riis Ceyms,İngiltərə ,Milli,todaypress.az,