“Çelsi” Yunrus Akgünü transfer etmək niyyətindədi
İdman
07.01.2025 08:43
İngiltərə Premyer Liqası təmsilçilərindən “Çelsi” heyətini
gücləndirmək niyyətindədir.
TodayPress xəbər verir ki, klub Yunus Akgünü qışda transfer etmək istəyir.
London
təmsilçisi “Qalatasaray”da çıxış edən 24 yaşlı oyunçunu rənglərinə bağlayıb,
“Strazburq”a icarəyə göndərmək istəyir.
Transfer
reallaşarsa Yunus pulsuz şəkildə Avstriya təmsilçisinə qoşulacaq.
Premyer Liqa
klubunun futbolçunun püxtələşməsi üçün belə bir qərar verəcəyi bildirilib.
Qeyd edək ki,
bu mövsüm 24 matçda iştirak edən Akgün 11 qol, 6 məhsuldar ötürmə ilə yadda
qalıb.
tag: Futbol,Çelsi,Liqa,Yunus, todaypress.az,