"Çelsi" və "Tottenhem" Premyer Liqada məğlub oldu
İdman
26.12.2024 22:00
Futbol üzrə İngiltərə Premyer Liqasında
"Çelsi" və "Tottenhem" məğlub olub.
TodayPress xəbər verir ki, XVIII turun oyununda
"Fulhem"i qəbul edən "zadəganlar" 1:2 hesabı ilə uduzublar.
"Tottenhem" isə səfərdə "Nottinqem Forest"lə
bacarmayıb 0:1.
Digər görüşlərdə "Nyukasl" doğma divarlar
arasında "Aston Villa"nı 3:0, "Vest Hem" isə səfərdə
"Sautqempton" 1:0 hesabı ilə üstələyib.
Turun açılış matçında "Mançester Siti" və
"Everton" kollektivlərinin duelində isə qalib müəyyənləşməyib 1:1.
tag: Fulhem, Mançester Siti, Everton, Aston, Liqa, Çelsi, todaypress.az,