“Çelsi” uğursuz seriyaya son qoydu

İdman

21.01.2025 10:29

Futbol üzrə İngiltərə Premyer Liqasının XXII turunun son matçında “Çelsi” “Vulverhempton”u qəbul edib.  

TodayPress xəbər verir ki, oyun London klubunun qələbəsi ilə başa çatıb 3:1. 

“Çelsi”nin heyətində Tosin Adarabioyo, Mark Kukurelya və Noni Madueke fərqlənib.   

Nəticədə 5 oyundan sonra qalibiyyət əldə edən “zadəganlar” uğursuz seriyaya son qoyublar. 

Qeyd edək ki, komanda sonuncu dəfə dekabrın 15-də, Premyer Liqanın XVI turunda “Brentford”a qalib gəlib (2:1).   

“Vulverhempton” uğuru ilə xallarını 40-a çatdıran “Çelsi” 4-cü pilləyə yüksəlib.   

Namiq HUN

tag: Futbol üzrə İngiltərə Premyer LiqasıI,Tosin Adarabioyo,Mark Kukurelya ,Noni Madueke,Todaypress.az,