“Çelsi” rekorda görə cərimə ödəyəcək

İdman

29.10.2024 17:20

“Çelsi” klubu Premyer Liqada qayda pozuntularının sayına görə rekorda imza atıb. İndi buna görə cərimə ödəməlidir.

TodayPress xəbər verir ki, Entso Mareskanın komandası üç matçda altı və daha çox xəbərdarlıq alıb.

İndi London təmsilçisi Premyer Liqaya 75 min funt sterlinq cərimə ödəməlidir.

İlk olaraq “Bornmut”la matçda bu rəqəmi aşan “Çelsi” 25 min ödəyib.  

Qeyd edək ki, “zadəganlar” mövsüm başlayandan üçüncü dəfə cəzalandırılacaq.

Namiq HUN

tag: Çelsi, Premyer Liqa, Entso Mareska, London, Liqa, todaypress.az,