“Çelsi” qadağa qoydu – Fernandes Paris-2024-də iştirak etməyəcək
İdman
04.06.2024 10:58
Argentina millisinin futbolçusu Entso Fernandes Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək. TodayPress xəbər verir ki, “Çelsi” klubu cənubi amerikalı yarımmüdafiəçinin Olimpiadaya getməsinə qadağa qoyub. Entso Fernandesin adı yığmanın ilkin heyətinə daxil edilsə də, “zadəganlar” 23 yaşlı futbolçunun həmin vaxt klubun düşərgəsində olmasını istəyir.
Qeyd edək ki, dünya çempionu son mövsüm “Çelsi”nin heyətində 40 matçda 7 qol vurub.
Namiq HUN
tag: Çelsi, Fernandes, Entso, Olimpiya, todaypress.az,