“Çelsi” iki futbolçu transfer etdi

İdman

20.03.2025 11:40

2972

“Çelsi” futbol klubu heyətini “Sportinq”in iki futbolçu ilə gücləndirib.   

TodayPress Lissabon təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “zadəganlar” Jeovani Kenda və Dariu Esuqu üçün ümumilikdə 74 milyon avro ödəyib. 

52,14 milyon avroya transfer olunan 17 yaşlı cinah yarımmüdafiəçisi Kenda “Sportinq”in yetirməsidir.

O, cari mövsümdən əsas komandada çıxış edir. Keçidi 22,27 milyon avroya başa gələn müdafiəçi Esuqu isə hazırda icarə əsasında “Las Palmas” klubunda çıxış edir.   

Dariu Esuqu yayda, Jeovani Kenda isə 2026-cı ildə “Çelsi”yə qoşulacaq.   

Namiq HUN

tag: Çelsi,Futbol,Klub,Futbolçu,Transfer,Todaypress.az,