“Çelsi” hücum xəttini gücləndirir

İdman

29.03.2025 11:43

1203

“Çelsi” klubu “Atletik”in futbolçusu Niko Uilyamsın transferi üçün danışıqlara başlayıb.   

TodayPress “TEAMtalk”a istinadən xəbər verir ki, Bilbao təmsilçisi Çempionlar Liqasına vəsiqə qazana bilməsə, hücumçunun “zadəganlar”a keçmək ehtimalı yüksəkdir. 

Uilyamsın müqaviləsindəki bəndə əsasən, onun sözləşməsinə 58 milyon avro qarşılığında vaxtından əvvəl xitam verilə bilər. 

Qeyd edək ki, 22 yaşlı ispaniyalı futbolçu cari mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Niko Uilyamsın “Atletik”lə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir. 

 Namiq HUN

tag: Niko Uilyams ,İspaniya ,Çelsi,Atletik,Todaypress.az,