“Çelsi” heyətini yeniləyəcək
İngiltərənin “Çelsi” klubu yayda 7-8 futbolçu ilə yollarını ayırmağı planlaşdırır.
TodayPress xəbər verir ki, “zadəganlar” maliyyə yükünü azaltmaq və yeni oyunçular almaq niyyətindədir.
London üçün prioritet hücumçu transferidir.
Satışa əsasən icarədə olan futbolçular çıxarılacaq.
“Aston Villa”nın heyətində yer alan Aksel Disasi, “Bornmut”da çıxış edən Kepa Arrisabalaqa və “Borussiya Dortmund” klubunun formasını geyinən Karni Çukvuemeka “Çelsi”nin planlarına daxil deyil.
Namiq HUN
tag: Çelsi,Futbol,Klub,Futbolçu,Heyət,Yenilənmə,Todaypress.az,