Çelikbilek turnirdə insult keçirtdi
İdman
02.12.2024 16:27
Türk tennisçi Altuğ Çelikbilek Tunisdə keçirilən ITF M15 turnirində Yanki Erellə yarımfinal oyununa çıxıb.
TodayPress xəbər verir ki, Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) 451-ci nömrəsi Monastir turnirinin ilk setində özünü pis hiss edib və oyun dayandırılıb.
Məluma olub ki, 28 yaşlı Çelikbilek beyindaxili qansızma keçirib.
Altuğ təcili olaraq Türkiyəyə aparılıb. Tennisçi əməliyyat zamanı huşunu itirib. Hazırda onun vəziyyəti ilə bağlı yeni məlumat yoxdur.
Namiq HUN
tag: Tennis, Türkiyə, Altuğ Çelikbilek,Tunis,todaypress.az,