“Çəkicdöyənlər” “Vulverhempton”un qapısını döydülər
İdman
06.07.2024 13:53
İngiltərənin “Vest Hem” futbol klubu heyətini gücləndirir.
TodayPress xəbər verir ki, “çəkicdöyənlər” “Vulverhempton”un mərkəz müdafiəçisi Maks Kilmen ilə 7 illik müqavilə imzalayıb.
London təmsilçisi 27 yaşlı arxa xətt oyunçusu üçün 40 milyon funt sterlinq ödəyib.
Qeyd edək ki, o, əvvəlki klubunda da indiki baş məşqçisi Xulen Lopeteqinin rəhbərliyi altında forma geyinib.
Maks Kilmen son mövsüm “canavarlar”ın heyətində 38 matçda 2 qol vurub.
Namiq HUN
tag: Vulverhempton, London, Klub, Oyunçu, Maks Kilmen, todaypress.az,