Ceki çandan sürpriz ziyarət
Məşhur aktyor Ceki Çan dünya tennisinin lideri, belaruslu Arina Sobolenkonun Australian Open finalı öncəsi məşqini ziyarət edib.
TodayPress xəbər verir ki, bu barədə Nine müxbiri Keysi Dellakvan məlumat yayıb.
Ceki Çanın gözlənilməz gəlişi Sobolenkonu təəccübləndirib.
Hətta məşq bir müddət dayandırılıb.
Aktyor tennisçi ilə söhbət edərək ona uğurlar arzulayıb.
Qeyd edək ki, Sobolenko yarımfinalda ispaniyalı Paula Badosanı 6:4, 6:2 hesabı ilə məğlub edib.
Namiq HUN
tag: Aktyor,Tennisçi,Final,Hesab,Ceki Çan,Todaypress.az,