Cəfərquliyev millinin heyətindən kənarlaşdırıldı
Azərbaycan milli komandasının futbolçusu Elvin Cəfərquliyev düşərgədən kənarlaşdırılıb.
TodayPress xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli məlumat yayıb.
Onun sözlərinə görə, buna futbolçunun Haiti yığmasına qarşı oyunda qırmızı vərəqə alması səbəb olub:
“Haiti ilə beynəlxalq yoldaşlıq görüşü FIFA-nın təqvimi əsasında keçirildiyindən, bu oyunda rəsmi matçlarda tətbiq olunan qaydalar keçərli idi. Bu səbəbdən Elvin Cəfərquliyev növbəti yoldaşlıq oyununda forma geyinə bilməz. O, qarşılaşmadan sonra milli komandanın düşərgəsindən yola salınıb”.
Xatırladaq ki, E.Cəfərquliyev Azərbaycan - Haiti matçının (0:3) 85-ci dəqiqəsində meydançadan qovulub. Müdafiəçi görüşün türk baş hakimi ilə mübahisəyə görə sarı vərəqə alıb. Buna görə referini ironik alqışlayan Elvin dərhal qarşısında ikinci sari vərəqəni görüb və avtomatik qırmızı vərəqə ilə paltardəyişmə otağına göndərilib.
Qeyd edək ki, yığmamız növbəti oyununu martın 25-də Belarusa qarşı keçirəcək. (offsideplus.az)
Namiq HUN
tag: Elvin Cəfərquliyev,Milli,Futbol,AFFA,todaypress.az,