Cəfərquliyev antirekord müəyyən etdi
İdman
28.12.2024 15:28
2024-cü ildə ən çox qırmızı vərəqə alan futbolçular məlum olub.
TodayPress xəbər verir ki, dünyanın anrtirekordçularını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) açıqlayıb.
İl ərzində üç futbolçu hərəyə 4 qırmızı vərəqə alıb.
Onlardan biri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevdir. O, Avropa Liqasının “Braqa”, “Bayer”, “Ayaks”, Premyer Liqanın isə “Araz-Naxçıvan”la görüşlərində meydandan qovulub.
IFFHS Elvinin qitəmiqyaslı eyni turnirdə bir təqvim ilində üç qırmızı vərəqə almasını nadir hadisə kimi dəyərləndirib.
Cəfərquliyev 2024-cü ildə 4 qırmızı vərəqə alan ilk oyunçu olub.
Azərbaycan çempionunun şərikləri isə braziliyalılar Joao Viktor (“Vasko de Qama”) və Alan Rasçeldir (“Yuventud”).
Namiq HUN
tag: Qarabağ, Liqa, Elvin Cəfərquliyev, Çempion, Azərbaycan, todaypress.az,