Cavid Hüseynov rəsmən “Səbail”də
İdman
12.11.2024 16:25
Cavid Hüseynovun “Səbail” futbol klubunda baş məşqçi vəzifəsinə təyinatı rəsmiləşib.
TodayPress xəbər verir ki, o, “dənizçilər”lə 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
36 yaşlı mütəxəssis noyabrın 13-də “Səbail”i baş məşqçi kimi ilk məşqinə çıxaracaq.
Qeyd edək ki, Cavid Hüseynovun “Səbail”ə qədər son iş yeri “Turan Tovuz” klubunda baş məşqçinin köməkçisi vəzifəsi olub.
Namiq HUN
tag: Səbail,Cavid Hüseynov, Turan Tovuz, Baş Məşqçi, Dənizçilər, todaypress.az,