CAS idmançının cəzasını ləğv etdi

İdman

05.08.2024 11:08

Polşalı kanoeçi Dorota Borovskaya Paris Olimpiadasında iştirak edəcək.

TodayPress xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) dopinqdən istifadə səbəbindən yarışlardan kənarlaşdırılan idmançının cəzasını ləğv etməyə qərar verib.

Onun orqanizmində “klostebol” tapılıb. Borovskaya bunun krem vasitəsilə orqanizminə düşdüyünü iddia edib.

Qeyd edək ki, avqustun 1-də kanoeçinin müvəqqəti yarışlardan kənarlaşdırılmasına qərar verilib. Bir neçə gün sonra isə CAS qərarını dəyişib.

Namiq HUN

tag: Paris 2024, Borovskaya, Klostebol, CAS,Dorota Borovskaya, todaypress.az,