CAS Darvin Nunyesi bağışladı
İdman
05.10.2024 13:25
İdman Arbitraj Məhkəməsi (CAS) daha əvvəl 5 oyunluq diskvalifikasiya edilən Uruqvay millisinin hücumçusu Darvin Nunyesin cəzasını yüngülləşdirib.
TodayPress xəbər verir ki, Amerika Kubokunun yarımfinalında Kolumbiya millisi ilə matçda azarkeşlərlə dava edən və buna görə 5 oyunluq cəza alan forvard Uruqvay yığma komandasının növbəti qarşılaşmalarında iştirak edə biləcək.
25 yaşlı futbolçu 2026-cı il dünya çempionatının seçmə mərhələsində qarşılaşacaqları Peri və Ekvador yığma komandaları ilə oyunlarda Uruqvay millisinə kömək edəcək.
Xatırladaq ki, cəzaya görə Darvin Nunyes Uruqvayın Paraqvay və Venesuela ilə oyunlarını buraxmaq məcburiyyətində qalmışdı.
Namiq HUN
tag: İdman Arbitraj Məhkəməsi ,Uruqvay, Hücumçu, Darvin Nunyes ,Cəza ,Amerika, todaypress.az,