Canni İnfantino: “Ümid edirik ki, nəsə olacaq”

İdman

07.05.2025 10:30

11

FIFA prezidenti Canni İnfantino Rusiya komandalarının beynəlxalq turnirlərə mümkün qayıdışına münasibət bildirib.   

TodayPress xəbər verir ki, bu barədə “Real Americas Voice” məlumat yayıb.   

Ali futbol qurumunun rəhbəri Rusiyanın hazırda beynəlxalq yarışlardan kənarda qaldığını xatırladıb: 

“Ümid edirik ki, nəsə olacaq. Sülh gələcək və Rusiya turnirlərə qaytarılacaq”. 

Qeyd edək ki, Rusiya təmsilçiləri 2022-ci ilin fevralından Ukraynadakı vəziyyətlə əlaqədar FIFA və UEFA-nın bütün yarışlarından kənarlaşdırılıb. 

 Namiq HUN

tag: FİFA,Conni İnfantino,Rusiya,Klub,Todaypress.az,