Canluici Buffon UEFA prezidenti mükafatına layiq görüldü
İdman
27.08.2024 11:08
İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon UEFA prezidenti mükafatına layiq görülüb.
TodayPress xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferin 2024-cü il üçün bu mükafatı məhz italiyalı sabiq qapıçıya verəcəyini açıqlayıb.
Mükafat görkəmli nailiyyətləri, peşəkar mükəmməlliyi və nümunəvi şəxsi keyfiyyətləri ilə seçilən futbolçulara təqdim olunur.
28 illik karyeraya malik olan C.Buffon İtaliya millisinin tarixində ən çox oyun keçirən futbolçudur. O, Avropada bu göstəricidə 4-cü futbolçudur.
Qeyd edək ki, 2006-cı ildə dünya çempionatının qalibi olan qolkiper klub karyerası ərzində 10 dəfə İtaliya çempionatının, 1 dəfə UEFA Kubokunun (1999), 6 dəfə ölkə kubokunun və Liqa 1-in (2018/2019) qalibi olub.
Mükafat qapıçıya avqustun 29-da baş tutacaq UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimində təqdim olunacaq.
Namiq HUN
tag: Canluici Buffon, Prezident Mükafat, UEFA, Dünya Çempionatı, Avropa, todaypress.az,