Çalhanoğlunu diskvalifikasiya və cərimə gözləyir

İdman

21.11.2024 02:00

Türkiyə millisinin və “İnter” klubunun futbolçusu Hakan Çalhanoğlu cəzalandırıla bilər. 

TodayPress xəbər verir ki, yarımmüdafiəçinin 2-3 oyunluq diskvalifiasiya ediləcəyi ehtimal edilir. 

O, kriminalla bağlı şübhəli bilinən azarkeşlərlə əlaqələrinə görə günahlandırılır. 

İtaliyada iki ay əvvəl cinayətkar qrup saxlanılıb. Onlar arasında Hakanın formasını geyindiyi “İnter”in və “Milan”ın fanatları da var.

Qrupun mafiya ilə bağlı olması iddia edilir. Onlar oyunlara bilet və içki satışından pul mənimsəməkdə, həmçinin stadionun ərazisində avtomobil parkı üçün rüşvət almaqda ittiham olunurlar.

Hakan və “İnter”in baş məşqçisi Simone İnzaqi cinayətkarlarla ünsiyyətdə olduqları üçün şahid qismində işə cəlb edilib. Onlar 2023-cü ildə Çempionlar Liqasının finalına bilet almaq üçün futbolçu və məşqçi ilə əlaqə yaradıblar. Yarımmüdafiəçi hər şeyi etiraf edib. Onu diskvalifikasiya və böyük məbləğdə cərimə gözləyir.

Namiq HUN

tag: Türkiyə ,İnter,Hakan Çalhanoğlu,Milan,todaypress.az,