Çalhanoğlu yaşıl meydanlardan kənarda qalacaq
İdman
21.10.2024 18:35
“İnter”in futbolçusu Hakan Çalhanoğlu zədələnib.
TodayPress xəbər verir ki, yarımmüdafiəçi A seriyasında "Roma" ilə matçda sıradan çıxıb.
Hakan bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Onun Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Yanq Boyz”la matçı buraxacağı dəqiqdir.
30 yaşlı futbolçunun A seriyasında “Yuventus”la görüşdə iştirak etməmək ehtimalı da yüksəkdir.
Namiq HUN
tag: İnter, Hakan Çalhanoğlu, Roma, Liqa,todaypress.az,