Çalhanoğlu Ardaya çağırış etdi
“Arda milli komanda üçün çox vacib oyunçudur. Onun “İnter”də oynamasını istəyirəm”.
TodayPress xəbər verir ki, “İnter” klubunun yarımmüdafiəçisi Hakan Çalhanoğlu “Real Madrid”in cinah oyunçusu Arda Güler haqda hər kluba keyfiyyətli futbolçu lazımdır deyib:
“Ardanın “Real”da işlərinin necə getdiyini bilmirəm. O, hər şeyi bilir. Ona daha çox oyun praktikası almağı məsləhət görürəm. Çünki o, buna layiqdir. Ümid edirəm ki, o, bizə gələcək”.
Arda Güler cari mövsüm “Real”ın heyətində meydana çıxdığı 30 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: İnter,“Real Madrid,Arda Güler,Hakan Çalhanoğlu,todaypress.az,