Bütün xatirələr üçün təşəkkürlər - İnfantinodan reaksiya

İdman

09.10.2024 18:10

1865

FIFA prezidenti Canni İnfantino 22 illik karyerası ərzində bir dəfə də olsun qırmızı vərəqə almayan Andres İnyestanın karyerasını bitirmək qərarına münasibət bildirib.

TodayPress xəbər verir ki, futbol funksioneri İspaniya millisinin və "Barselona"nın sabiq yarımmüdafiəçisinin beynəlxalq arenalarda yaratdığı sehrin əbədi qəlblərdə qalacağını deyib:

"Parlaq karyeranız münasibətilə sizi təbrik edirəm. İspaniya ilk dəfə dünya çempionu olanda, finalda qələbə qolunu vurdunuz və üç dəfə Klublararası Dünya Kubokunu qazanmaqla bütün dünyada azarkeşləri sevindirdiniz.

Bütün xatirələr üçün təşəkkürlər – sizi topla görmək çox xoş idi. Yaratdığınız sehr bizim qəlbimizdə əbədi qalacaq və sizə hər şeyin ən yaxşısını arzulayıram" İnfantino sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Andres İnyesta 1996-2018-ci illərdə “Barselona”da çıxış edib. O, böyüklərdən ibarət komandanın heyətində bütün turnirlərdə 674 matçda iştirak edib, 57 qol vurub və 136 assistlə yadda qalıb. Daha sonra yarımmüdafiəçi Yaponiyanın “Vissel Kobe” klubu ilə bütün turnirlərdə 134 matça çıxıb, 26 qola və 25 qol ötürməsinə imza atıb. Andres İnyestanın son klubu isə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Emireyts” olub.

Namiq HUN

tag: FIFA ,Prezident ,Barselona, Andres İnyesta, Yaponiya ,todaypress.az,