Burak Yılmaz istefa verdi

İdman

01.10.2024 08:21

Türkiyənin “Kayserispor” klubunun baş məşqçisi Burak Yılmaz istefa verib.

TodayPress xəbər verir ki, o, Superliqanın VII turunda “Beşiktaş”a 0:3 hesabı ilə məğlubiyyətdən sonra bu qərarı verib.

Burak Yılmaz bu ilin yanvar ayından Kayseri təmsilçisinə rəhbərlik edirdi.

Qeyd edək ki, “Kayserispor” 7 turdan sonra 3 xalla Super Liqada 17-ci yeri tutur.


Namiq HUN

 

tag: Kaysəri, türkiyə, İdman, Futbol, İstefa, todaypress.az,