Bundestim oyun qurucusunu itirdi

İdman

04.10.2024 16:45

“Bavariya” klubunun yarımmüdafiəçisi Camal Musiala UEFA Millətlər Liqası matçlarında Almaniya yığma komandasına kömək edə bilməyəcək.

TodayPress xəbər verir ki, bu barədə “German Sky” məlumat yayıb. 

21 yaşlı orta xətt oyunçusu zədədən əziyyət çəkir. 

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann onun əvəzinə komandaya “Ştutqart”dan Ceymi Levelinqi çağırıb.

Qeyd edək ki, Almaniya millisi oktyabrda Millətlər Liqası turnirində Bosniya və Herseqovina (11 oktyabr) və Niderlandla (14 oktyabr) qarşılaşacaq. 

Namiq HUN

tag: Bundestim ,Bavariya ,Camal Musiala ,UEFA ,Almaniya ,Ştutqart ,Bosniya ,todaypress.az,