Bundesliqa təmsilçisi gürcüstanlı futbolçu transfer etdi

İdman

04.01.2025 15:50

780

Gürcüstan millisinin futbolçusu Budu Zivzivadze Almaniya Bundesliqa təmsilçisi "Haydenhaym"a transfer olunub.

TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu yeni komandası ilə 4 illik müqavilə imzalayıb.

O, son iki mövsümü Almaniyada "Karlsrue"nin heyətində çıxış edib. Bu müddət ərzində forvard 61 matçda 21 qol vurub.

tag: Mövsüm ,Klub, Transfer ,Gürcüstan, todaypress.az,