Bundesliqa təmsilçisi baş məşqçi axtarır
“Union Berlin” klubunun baş məşqçisi Bo Svensson istefaya göndərilib.
TodayPress xəbər verir ki, danimarkalı mütəxəssis köməkçiləri ilə birgə vəzifədən uzaqlaşdırılıb.
Klub rəhbərliyi Svenssonun xələfinin kim olacağını açıqlamayıb.
Qeyd edək ki, “Union” Bo Svenssonun rəhbərliyi altında son 8 turda qələbəyə həsrət qalıb.
Komanda Bundesliqanın XV turundan sonra 17 xalla 12-ci pillədə qərarlaşıb.
Namiq HUN
tag: Danimarka ,Tur ,Qələbə, Pillə, todaypress.az,