Bundesliqa matçında qolkiperin beyni silkələndi

İdman

03.05.2025 17:20

4

Almaniya Bundesliqasının XXXII turunda “Bohum”a qarşı matçda ciddi zədə alan “Haydenhaym”ın qapıçısı Kevin Müllerin beyni silkələnib.   

TodayPress xəbər verir ki, rəqib komandanın futbolçusu İbrahima Sissoko ilə toqquşmadan sonra huşunu itirən qolkiper xəstəxanaya çatdırılıb. 

Müayindən sonra Müllerin beyninin silkələndiyi aşkar edilib.

34 yaşlı qolkiperin nə qədər müddətə sıradan çıxdığı bəlli deyil. 

Qeyd edək ki, Kevin Müller 2015-ci ildən “Haydenhaym”da çıxış edir.   

Namiq HUN

tag: Kevin Müller,Haydenhaym,Qapıçı,Zədə,Todaypress.az,