Bundesliqa: “Borussiya Dormund” və “Bayer Leverkuzen” səfərdə qələbə qazandı
Bundeslianın 28-ci
turunun ikinci oyun günündə çempionatda ikinci yerdə qərarlaşan “Bayer
Leverkuzen” səfərdə “Haydenhaym” ilə qarşılaşıb.
TodayPress xəbər verir ki,
görüşdə leverkuzenlilər minimal hesabla qalib gəliblər.
“Borussiya Dortmund”
da səfərdə qələbə qazanıb. Dortmund təmsilçisi “Frayburq”u 4:1 hesabı ilə
məğlubiyyətə uğradıb.
Digər oyunlarda
aşağıdakı nəticələr qeydə alınıb:
“Leyptsiq” -
“Hoffenhaym” - 3:1
“Maynts” - “Holştayn
Kiel” - 1:1
“Boxum” - “Ştutqart” -
0:4
“Verder Bremen” -
“Ayntraxt Frankfurt” - 2:0.
Xatırladaq ki,
“Bavariya” səfərdə “Auqsburq”u 3:1 hesabı ilə məğlub edib.
Tura aprelin 6-da
oynanılacaq “St Pauli” - “Borussiya Münxenqladbax” və “Union Berlin” -
“Volfsburq” görüşləri ilə yekun vurulacaq.
Bundesliqaya 68 xalla
“Bavariya” liderlik edir. Münxenliləri 62 xalla “Bayer Leverkuzen” izləyir.
tag: Berlin, Futbol,Bundesliqa,Bayer Leverkuzen,Haydenhaym, todaypress.az,