“Budo Qlimt” - “Qarabağ” oyununun hakimləri məlum oldu

İdman

05.11.2024 14:40

“Budo Qlimt” və “Qarabağ” arasında Norveçdə keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin oyununun təyinatları açıqlanıb.

TodayPress xəbər verir ki, oyunu Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. 

Matçın baş hakimi FIFA referisi Luis Qodinyo olacaq. 

Ona laysmanlar Rut Teyşeyra və Pedro Almeyda kömək göstərəcək. 

Dördüncü hakim funksiyasını Andre Narçiso yerinə yetirəcək. 

UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunun “Budo Qlimt” - “Qarabağ” oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.

Namiq HUN

tag: Qarabağ, Portuqaliya,Luis Qodinyo,Budo Qlimt,Rut Teyşeyra, todaypress.az,