Budesliqanın kəşfi Premyer Liqaya gedir

İdman

02.11.2024 23:00

“Liverpul” futbol klubu “Ayntraxt”ın almaniyalı forvardı Ömər Marmuşu almaqda maraqlıdır.

TodayPress xəbər verir ki, mersisayd rəhbərliyi 25 yaşlı futbolçunu almağa hazırdır və Öməri Məhəmməd Salahın əvəzləyicisi hesab edir. 

Marmuşun Frankfurt təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədərdir. Onun transfer dəyəri 40 milyon avrodur. Futbolçunun alınması ilə bağlı qərar “Liverpul”un idman direktoru Riçard Hyuz tərəfindən razılaşdırılıb.

Qeyd edək ki, cari mövsüm Ömər Marmuş Bundesliqada meydana çıxdığı 8 matçda 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Liverpul, Ayntraxt, Ömər Marmuşu, Bundesliqa, todaypress.az,