Bu gün Avro-2024 start götürür
İdman
14.06.2024 09:49
Bu gün Almaniyada futbol üzrə XVII Avropa çempionatına start veriləcək.
TodayPress xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşacaq.
Münhendəki "Allianz Arena"da baş tutacaq görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək. Oyunun start fiti saat 23:00-da səslənəcək.
Qeyd edək ki, bu qrupun digər qarşılaşması sabah, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında gerçəkləşəcək.
Namiq HUN
tag: AVRO 2024, çempionat, Start, Avropa,"Allianz Arena, todaypress.az,