Bruno adını Premyer Liqa tarixinə yazdırdı
İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu seçilib.
TodayPress xəbər verir ki, “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş bu ada layiq görülüb.
O, ay ərzində Premyer Liqada meydana çıxdığı iki matçda elə bir o qədər qol və məhsuldar ötürmə ilə yadda qalıb.
Bruno səsvermədə Jan-Rikner Belleqard (“Vulverhempton”), Antoni Elanqa, Nikola Milenkoviç (hər ikisi “Nottinqem Forest”), Deklan Rays (“Arsenal”) və Jan-Pol van Hekkeni (“Brayton”) geridə qoyub.
Qeyd edək ki, portuqaliyalı futbolçu karyerasında beşinci dəfə Premyer Liqada ayın oyunçusu mükafatını qazanır.
O, Ueyn Runi və Robin van Persinin nailiyyətini təkrarlayıb.
Namiq HUN
tag: Mançester Yunayted,Bruno Fernandes,Premyer Liqa,Rekord,Todaypress.az,