Britaniyalı atlet intihar etdi
İdman
14.10.2024 21:47
Böyük britaniyalı atlet Robbi Fitsgibbon dünyasını dəyişib.
TodayPress xarici mətbuata istinadən xəbər verir ki, iki il öncə ruhi xəstəlik diaqnozu qoyulan idmançı 28 yaşında intihar edib.
Robbi Fitsgibbon böyük Britaniyanı bir neçə dəfə beynəlxalq yarışlarda təmsil edib. Onun son böyük turniri isə 2019-cu ildə Şotlandiyanın paytaxtı Qlazqo şəhərində qapalı məkanda keçirilən Avropa çempionatı olub.
Namiq HUN
tag: Britaniya ,Robbi Fitsgibbon ,Ruhi Xəstəlik ,Avropa, Qlazqo ,todaypress.az,