“Brest” meydana əvəzedici heyətlə çıxacaq?

İdman

26.11.2024 16:37

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Barselona” Fransanın “Brest” klubunu qəbul edəcək.

TodayPress Fransa mediasına istinadən xəbər verir ki, Brest təmsilçisinin oyuna əvəzedici heyətlə çıxacağı iddia olunur.

“Dəniz quldurları” rotasiya edərək əsas oyunçulara istirahət verəcəklər. Məsələ ondadır ki, 4 turda 10 xal toplayan “Brest” Liqa mərhələsində dördüncü pillədə qərarlaşıb. Erik Royun komandasının Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanmaq şansı yüksəkdir.

Avrokuboklardan fərqli olaraq “Brest”in Liqa 1-də işi pis gedir. Baş məşqçi çempionat matçına daha yaxşı hazırlaşmaq üçün “Barselona” ilə oyunu qurban verməyə hazırdır.

“Çempionlar Liqası üçün ikinci heyət buraxmağa həvəsim varmı? Əlbəttə. Bunu etməyi planlaşdırıram, amma son qərarı matçdan əvvəl verəcəyəm” Erik Roy bildirib.

Namiq HUN

tag: Brest, Dəniz Quldurları, Erik Roy, Barselona, Liqa, todaypress.az,