Brazilyalı idmançı UFC çempionluğunu qorudu
İdman
06.10.2024 14:40
Braziliyalı qarışıq döyüş ustası (MMA) Aleks Pereyra amerikalı Xəlil Rountrini məğlub edərək yarımağır çəkidə Mütləq Döyüş Çempionatı (Ultimate Fighting Championship - UFC) çempionu titulunu qoruyub.
TodayPress xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.
Bildirilib ki, qarşılaşma Solt Leyk Sitidə (ABŞ, Yuta) UFC 307 turniri çərçivəsində baş tutub.
4 dəqiqə 32 saniyə davam edən döyüş Pereyranın dördüncü raundda texniki nokautla qalib gəlməsi ilə başa çatıb. 37 yaşlı braziliyalı bir ildə üçüncü dəfə titulunu müdafiə edib.
Pereyra 2023-cü ilin noyabrında Proçaskanı məğlub edərək çempion olub. Onun qarışıq döyüş növləri üzrə 12 qələbəsi və 2 məğlubiyyəti var.
Töhfə Səməd
tag: Braziliya,MMA,Aleks Pereyra,Xəlil Rountri,Solt Leyk Siti,todaypress.az,