Braziliyalı ulduz futbolçu daha bir klubun sahibi oldu
“Real Madrid”in hücumçusu Vinisius Junior daha bir futbol klubu alıb.
TodayPress “Marca” nəşrinə istinadən xəbər verir ki, o, bu dəfə vətəni Braziliyada çıxış edən komandaya müraciət edib.
Vinisius Braziliyanın ikinci divizionunda yarışan “Athletic Club” sahib çıxıb.
Qeyd edək ki, 24 yaşlı futbolçu artıq ikinci kluba rəhbərliyi ələ keçirir. O, daha əvvəl fevralda 10 milyon avro müqabilində Portuqaliyanın ikinci divizionunda yarışan “Alverka” klubunun səhmlərini alıb.
Namiq HUN
tag: Real Madrid,Vinisius,Klub,Futbol,Todaypress.az,