Braziliyalı top sehrbazı Messidən danışdı

İdman

12.08.2024 12:41

Roberto Karlos gənc Messi haqqında Kannavaroya dediklərini açıqlayıb.

TodayPress xəbər verir ki, "Real Madrid"in və Braziliya millisinin sabiq müdafiəçisi Roberto Karlos Leonun iştirakı ilə "Barselona" ilə oyundan sonra argentinalı hücumçu haqqında ilk təəssüratlarından danışıb: 

“Messi məni və Kannavaronu ötüb keçəndə italiyalı həmkarıma dönüb dedim: Allahım, bu oyunçu kimdir? O, yeni Maradonadır. Müdafiəçilər üçün o sözün əsl mənasında baş ağrıdır. Bilirdim ki, o, dünyanın ən yaxşı futbolçusu olacaq, gələcəkdə hər şeyi qazanacaq”.

Xatırladaq ki, Lionel Messinin aktivində səkkiz “Qızıl top” mükafatı var.

Namiq HUN

tag: Messi, Kannavara, Real Madrid, Maradona, Qızıl Top, todaypress.az,