Braziliyalı futbolçu ömürlük diskvalifikasiya oluna bilər

İdman

13.02.2025 18:00

2625

“Vest Hem” klubunun yarımmüdafiəçisi Lukas Paketa qohumlarına və dostlarına mərc oyunlarında kömək etdiyinə görə futboldan ömürlük diskvalifikasiya oluna bilər.

TodayPress ESPN-ə istinadən xəbər verir ki, Braziliya prokurorluğu futbolçunun bəzi sarı vərəqələri məhz mərc etdikdən sonra qəsdən aldığını bildirib.

Paketanın 2023-cü ildə “Aston Villa”ya qarşı matçda aldığı sarı vərəqənin qardaşına ad günü hədiyyəsi olduğu bildirilib. Yarımmüdafiəçinin cəzalanmasından sonra onun qardaşı 116 min avro qazanıb.

Qeyd edək ki, Lukas Paketa cari mövsüm 25 matçda 5 qol vurub və 6 sarı vərəqə alıb. Futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Onun transfer dəyəri 40 milyon avro qiymətləndirilir. 

Namiq HUN

tag: İdman,Futbol,Diskvalifikasiya, Lukas Paketa,todaypres.az,