Braziliyalı futbolçu İngiltərədə tarix yazdı

İdman

05.05.2025 15:45

6

“Fulhem” klubunun futbolçusu Villian Premyer Liqada rekorda imza atıb.   

TodayPress xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Cənubi Amerikadan olan futbolçular arasında İngiltərə çempionatında oyun sayına görə (326) birincidir.   

38 yaşlı futbolçu buna “Aston Villa”ya (0:1) məğlub olduqları matçda meydana çıxmaqla nail olub.   

Villian göstəricidə 2006-2019-cu illərdə "Uiqan" və "Mançester Yunayted"in heyətində Premyer Liqada 325 görüş keçirən ekvadorlu Antonio Valensiyanı qabaqlayıb. 

Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü İngiltərədə “Çelsi” və “Arsenal” klublarının da formasını geyinib. 

Namiq HUN

tag: Fulhem,Villian,İngiltərə,Rekord,Todaypress.az,