Braziliyalı futbolçu əməliyyat olundu
"Yuventus" futbol klubunun müdafiəçisi Qleyson Bremer dizindən əməliyyat olunub.
TodayPress klubun mərbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Leyptsiq”lə matçda sol dizindəki ön çarpaz bağları yırtılıb.
Bremerin əməliyyatı Fransada baş tutub.
Qeyd edək ki, braziliyalı arxa xətt oyunçusunun yaşıl meydanlara qayıdacağı tarix açıqlanmayıb.
Namiq HUN
tag: Yuventus ,Qleyson Bremer ,Əməliyyat, Liqa ,Çempionlar ,Braziliya ,todaypress.az,