Braziliyalı forvard “Şamaxı”da

İdman

09.01.2025 15:26

2339

“Şamaxı” futbol klubu növbəti transferini reallaşdırıb.

TodayPress xəbər verir ki, bölgə təmsilçisi hücumçu Mixael Tike Dias Santosu heyətinə qatıb.

Braziliyalı forvardla il yarımlıq müqavilə imzalanıb.

31 yaşlı sanbaçının son klubu Litvanın “Hegelmann” komandası olub.

Namiq HUN

tag: Litva, Klub, Braziliya, Santos,todaypress.az,