Braziliyalı döyüşçü məşqdən sonra öldü
Veteran MMA döyüşçüsü Andre Mussi 48 yaşında vəfat edib.
TodayPress xəbər verir ki, hadisə qəfildən baş verib. Mussi məşqdən sonra huşunu itirib.
Braziliyalı döyüşçünü dərhal xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Andre Mussinin ölüm səbəbi bilinmir.
Qeyd edək ki, MMA döyüşçüsü 2010-cu ildə peşəkar karyerasını bitirib. Mussi rinqə çıxdığı 16 döyüşün 11-də qalib gəlib.
Namiq HUN
tag: Andre Mussi, Ölüm, MMA, Döyüşçü, Hadisə, todaypress.az,