Braziliya Kosta-Rika millisinin müqavimətini qıra bilmədi

İdman

25.06.2024 10:43

ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunun D qrupunda ilk turun oyunları keçirilib. 

TodayPress xəbər verir ki, beşqat dünya çempionu Braziliya Kosta-Rika ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb. 

Qrupun digər görüşündə Kolumbiya Paraqvaya 2:1 hesabı ilə qalib gəlib. Kolumbiya yığmasının heyətində 32-ci dəqiqədə Daniel Munyos hesabı açıb. Cefferson Lema isə 42-ci dəqiqədə komandasının hesabdakı üstünlüyünü 2 topa çatdırıb. Paraqvayın təsəlli qoluna 69-cu dəqiqədə Julio Enkiso imza atıb.

Namiq HUN

tag: Braziliya, Kosta-Rika, ABŞ, Amerika, Kolumbiya, todaypress.az,