Braziliya da adını 1/4 finala yazdırdı

İdman

03.07.2024 10:30

Amerika kubokunda qrup mərhələsinə yekun vurulub.

TodayPress xəbər verir ki, D qrupunun son turunda Braziliya və Kolumbiya milliləri qarşılaşıb. 

Qrup favoritlərinin görüşü qollu heç-heçə ilə başa çatıb 1:1. Braziliya millisinin heyətində Rafinya fərqlənib. Kolumbiyanın bərabərlik qolunu isə Daniel Munyos vurub. Bu nəticə hər iki komandanı 1/4 finala daşıyıb. 

Qrupun digər oyununda Kosta-Rika Paraqvay yığmasına qalib gəlib 2:1. Kosta-Rikanın heyətində Fransisko Kalvo və Jozimar Alkoser fərqləniblər. Paraqvayın təsəlli qolunu isə Ramon Sosa vurub. 

Namiq HUN

tag: Braziliya, Amerika, Kosta-Rika, Final, Fransisko Kalvo, Jozimar Alkoser, todaypress.az,